Səhiyyə Nazirliyi burun əməliyyatı zamanı ölən qızla bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi burun əməliyyatı zamanı ölən qızla bağlı məlumat yaydı

Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən hər hansı araşdırma aparılmır.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hadisə ilə əlaqədar ya A.Orucovanın yaxınları, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə (SN) araşdırmanın aparılması üçün müraciət etməlidirlər.

Lakin indiyədək nə mərhumun yaxınları, nə də hüquq-mühafizə orqanları tərəfindən SN-yə müraciət daxil olmayıb. Bu səbəbdən də SN özəl klinikada baş vermiş bu hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.

Qeyd edək ki, avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucova “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olarkən vəfat edib. Araşdırma zamanı toplanmış materialda A.Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

0
23