Azərbaycana silah keçirmək istəyiblər – FOTO

Azərbaycana silah keçirmək istəyiblər – FOTO

Bundan başqa külli miqdarda siqaret aşkar edilib.

“Xanoba” gömrük postunda Rusiyadan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən və həmin vətəndaşa məxsus çantadan 1 ədəd pnevmatik tapança və 1 ədəd siqnal tapançası aşkar edilərək götürülüb.

Bu barədə məlumat Oxu.Az-a Dövlət Gömrük Komitəsindən verilib.

Bundan başqa Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Samur” gömrük postunda Rusiyadan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsində, gömrük nəzarətindən gizlədilmiş şəkildə 53400 ədəd “NZ” markalı siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

0
10