Azərbaycanlı müğənni əcnəbi həyat yoldaşı ilə çimərlikdə – FOTO

Azərbaycanlı müğənni əcnəbi həyat yoldaşı ilə çimərlikdə – FOTO

Azərbaycanlı opera müğənnisi Yusif Eyvazov və həyat yoldaşı, opera ifaçısı Anna Netrebko İspaniyada dincəlir.

Oxu.Az spletnik.ru-ya istinadla xəbər verir ki, cütlük gəzinti zamanı Barselona şəhəri, qədim Siurana kəndi və digər bölgələrin tarixi yerləri, təbiəti, yeməkləri ilə yaxından tanış olub.

Anna Netrebko yeni fotoşəkilləri “Instagram” səhifəsində paylaşıb.

Xatırladaq ki, cütlüyün nikahı ötən il Vyananın “Hofburq” sarayında baş tutub. Toy mərasimi isə Lixtenşteyn sarayında keçirilib.

A.S.

0
6