Əli İnsanov həbsxanadan istintaq təcridxanasına köçürüldü

Əli İnsanov həbsxanadan istintaq təcridxanasına köçürüldü

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib.

Vəkil bildirib ki, Ə.İnsanov barəsində avqustun 24-də Qaradağ rayon məhkəməsi qərar çıxarıb. Məhkəmənin qərarı ilə sabiq nazir barəsində başlanmış cinayət işi ilə bağlı Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

0
12