Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Cari ilin 7 ayı ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 4 milyard 036,7 milyon manat olub.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən fins.az-a bildirilib ki, artımın 51,0 faizini hüquqi şəxslər təmin edib və onlar tərəfindən əhaliyə 2 milyard 978,8 milyon manatlıq xidmət göstərilib.

Bu isə ötən ilin müvafiq dövrünün göstəricisini 0,7 faiz üstələyib.

Həmin dövr ərzində hər bir ölkə sakini orta hesabla 419,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

0
13