Filippində terrorçular girov saxladıqları gəncin başını kəsdilər

Filippində terrorçular girov saxladıqları gəncin başını kəsdilər

Filippində "Əbu Səyyaf” terror qruplaşmasının silahlıları bir müddət əsir saxladıqdan sonra 18- yaşlı Patrik Almodavarı başını kəsərək edam ediblər.

APA-nın RİA Novosti agentliynə istinadən verdiyi xəbərə görə, insidentin səbəbi barədə məlumat verilmir.

Bildirilir ki, ötən həftə Filippin-İndoneziya sərhədi yaxınlığında girov götürülən iki balıqçı terrorçuların əlindən qaçaraq xilas olub.

Aprel ayında Filippin ekstremistləri girov götürdükləri Kanada vətəndaşı Con Ridsdeli edam etmişdilər. Terrorçular onun azadlığa buraxılması üçün 6,5 milyon dollar tələb edirdilər.

Qeyd edək ki, "Əl Qaidə"nin yerli qanadı olan "Əbu Səyyaf" qruplaşması Filippinin cənubunda 20 ildir ki, fəaliyyət göstərir.  2004-cü ildə qruplaşmanın silahlıları Filippin tarixində ən irimiqyaslı terror aktı törədiblər. O zaman sərnişin bərəsinin partladılması nəticəsində 200-dən çox insan həyatını itirib.

0
7