Çempionlar Liqası:Qrup mərhələsində oynayacaq bütün komandalar bəlli oldu

Çempionlar Liqası:Qrup mərhələsində oynayacaq bütün komandalar bəlli oldu

Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, qrupa adlayan daha 5 komandanın adına aydınlıq gəlib.

“Styaua” ilə formal cavab matçına çıxan “Mançester Siti” bu dəfə də qələbə qazanıb. Ancaq "şəhərlilər" ilk oyundakı 5:0 hesablı darmadağından sonra öz meydanında sadəcə 1 qolla kifayətləniblər.

“Yanq Boyz” üzərində səfər qələbəsi əldə edən Mönhenqladbax “Borussiya”sı da ikinci oyunda rahat qələbəyə sevinib - 6:1.

Böyük maraqla gözlənilən “Rostov” - “Ayaks” görüşü isə rusların darmadağını ilə yekunlaşıb - 4:1.

Qeyd edək ki, bu qarşılaşmalardan sonra iki oyunun nəticəsinə görə qalib gələn komandalar Çempionlar Liqasının qrupuna adlayıb, məğlublar isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.

Çempionlar Liqası

Pley-off mərhələsi. Cavab oyunları

24 avqust

APOEL (Kipr) - “Kopenhagen” (Danimarka) - 1:1

Qollar: Soteryou, 69 - Santander, 86

İlk oyun – 0:1


“Zalsburq” (Avstriya) - “Dinamo” (Xorvatiya) - 1:2 (əlavə vaxt)

Qollar: Lazaro, 22 - Fernandes, 87, El Sudani, 95

İlk oyun – 1:1


“Mançester Siti” (İngiltərə) - “Styaua” (Rumıniya) - 1:0

Qol: Delf, 56

İlk oyun – 5:0


“Rostov” (Rusiya) - “Ayaks” (Hollandiya) - 4:1

Qollar: Azmun, 34, Eroxin, 52, Noboa, 60, Poloz, 66 - Klaasen, 84 (pen.)

İlk oyun – 1:1


“Borussiya” (M. Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 6:1

Qollar: Azar, 9, 64, 84 Rafael, 33, 40, 77 - Rave, 79

İlk oyun – 3:1

0
22