“Birinci kanal” İradə Zeynalovaya əvəz tapdı

“Birinci kanal” İradə Zeynalovaya əvəz tapdı

Rusiyanın “Birinci kanal”ında efirə çıxan “Voskresnoye Vremya” verilişinin son 4 il ərzində aparıcısı olmuş azərbaycanlı İradə Zeynalovanı “Ekspert” mediaholdinqinin baş direktoru Valeri Fadeyev əvəz edəcək.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, İradə Zeynalova kanalda qalacaq və adı hələlik açıqlanmayan şou proqramında aparıcı olacaq.

Zeynalova 2012-ci ildən bəri bazar axşamları efirə çıxan “Zaman” verilişinin aparıcısıdır.

Dəyişikliyə səbəb kimi "Rossiya 1" kanalında efirə gedən “Vesti Nedeli” verilişi ilə kəskin rəqabət göstərilir. Həmin verilişin aparıcısı isə Dmitri Kiselyovdur.

0
19