Biri sərxoşluğuna haqq qazandırır, digəri polisə tabe olmur – VİDEO

Biri sərxoşluğuna haqq qazandırır, digəri polisə tabe olmur – VİDEO

Göygöl rayonunda keçirilən reyd zamanı spirtli içki qəbul edən sürücülərlə polis əməkdaşları arasında mübahisə yaranıb.

Oxu.Az-ın Xəzər xəbər-ə istinadən məlumatına görə, reydi Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Bakı şəhərindən ezam etdiyi əməkdaşları ilə Göygöl rayon Dövlət Yol Polisi bölməsi birgə keçirib.

Yol polisləri yol-hərəkət qaydalarını pozan, avtomobili sənədsiz idarə edən və sərxoş halda sükan arxasında əyləşən sürücüləri saxlayıblar. Reyd zamanı 17 sürücü sərxoş olduğu üçün məsuliyyətə cəlb edilib.

Daha bir reyd isə Ağstafada rayonunda keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yol Polisi Bölməsi əməkdaşlarının birgə iştirakı ilə yoxlamalar aparılıb.

Reyddə 300-ə yaxın avtomobil saxlanılıb ki, bunlardan 50-də havaya atılan dəm qazının miqdarı normadan artıq olub.

0
10