Yaponiya silkələndi: 2 ölü, 200 yaralı

Yaponiya silkələndi: 2 ölü, 200 yaralı

20 bina uçub.

Yaponiyada güclü zəlzələ baş verib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, ölkənin Kumamoto prefekturasında baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 200 nəfər yaralanıb. 

Yeraltı təkanlardan ən çox Masiki qəsəbəsi zərər çəkib. Burada 20 binanın uçduğu, yanğınların baş verdiyi və magistral yolun sıradan çıxdığını bildirir.

Zəlzələnin episentri Küsü adasının Kumamoto prefekturasında, 20 km dərinlikdə qeyd alınıb. 

0
40