“Fərat qalxanı”: Türkiyə ordusu Cerablus şəhərini azad etdi

“Fərat qalxanı”: Türkiyə ordusu Cerablus şəhərini azad etdi

Türkiyə ordusu Suriyanın Cerablus şəhərini İŞİD terror qruplaşmasından azad edib.

Oxu.Az-ın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, şəhər Azad Suriya Ordusunun nəzarəti altına keçib.

Məlumata əsasən, Türkiyə ordusu itki verməyib. Azad Suriya Ordusunun isə bir əsgəri həlak olub, 10-u yaralanıb.

Xatırladaq ki, hazırda Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində hava və yerüstü əməliyyatlar keçirir. Əməliyyat “Fərat qalxanı” adını alıb.

0
23