İtaliyada zəlzələdə ölənlərin sayı 73-ə çatıb - YENİLƏNİB

İtaliyada zəlzələdə ölənlərin sayı 73-ə çatıb - YENİLƏNİB

İtaliyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə yerli “Rai News 24” kanalı xəbər yayıb.

Zəlzələ baş verən ərazilərdə dağıntılar altında qalanların meyitlərinin çıxarılması əməliyyatı davam edir. Arkvata-del-Torontoda baş verən 4.9 ballıq afterşokdan sonra daha bir neçə bina dağılıb və bir uşaq ölüb.

15.26

Bakı. Məlahət Nəcəfova - APA. İtaliyanın mərkəzində baş verən zəlzələ zamanı ölənlərin sayı 40-a yaxınlaşır.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə İtaliya Vətəndaş Müdafiəsi Milli Xidmətinin mətbuat katibi İmmakolata Pastilone keçirdiyi mətbuat konfransında deyib.

Əvvəlcə o, ölənlərin sayının 38 olduğunu deyib. İ. Pastilone bildirib ki, 28 nəfər Akkumoli və Amatriçe şəhərləri arasında, 10 nəfər isə Arkuata-del-Toronto ərazisində ölüb.

Konfransın sonuna yaxın isə ölənlərin sayının artdığını əlavə edib. İ. Pastilone bildirib ki, çoxlu sayda insan hazırda itkin hesab olunur və buna görə də ölənlərin sayı arta bilər. Dövlət rəsmisinin sözlərinə görə, təbii fəlakətin dağlıq ərazidə baş verməsi xilasetmə işlərini çətinləşdirir.

12:40

Bu gecə İtaliyada baş verən zəlzələdə ölənlərin sayı 21 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazıb.

RAI televiziyası isə Peskara-del-Toronto yaşayış məntəqəsində zəlzələ nəticəsində 10 nəfər öldüyü, 100 nəfər itkin düşdüyü barədə məlumat yayıb.

Zəlzələ nəticəsində Amatriçe şəhərinin yarısının dağıldığı bildirilir.

10:12

İtaliyada baş verən zəlzələdə ölənlərin ilkin sayı açıqlanıb.

APA-nın məlumatına görə, yeraltı təkanların törətdiyi dağıntılar nəticəsində ən azı 14 nəfərin öldüyü məlum olub.

Dağıntılar altında qalanların olduğu, xilasetmə əməliyyatlarının davam etdirildiyi bildirilir.

07: 51

İtaliyanın mərkəzində baş vermiş güclü zəlzələ Amatriçe şəhərində ciddi dağıntılara səbəb olub, uçqunlar altında xeyli sayda insanların qaldığı bildirilir.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Amatriçe şəhərinin meri Sercio Pirozzinin bəyanatında bildirilir.

Ölənlər barədə hələlik məlumat daxil olmayıb.

Qeyd edək ki,  İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Seysmoloji Mərkəzi  (EMSC) məlumat yayıb. 

Yeraltı təkanlar yerli vaxtla 01.36-da (Bakı vaxtı ilə 05.36-da) qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə  yerləşib.

**** 06.18

İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Seysmoloji Mərkəzi  (EMSC) məlumat yayıb.  

Yeraltı təkanlar yerli vaxtla 01.36-da (Bakı vaxtı ilə 05.36-da) qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə  yerləşib.

Xəsarət alan və dağıntılar barədə hələlik məlumat verilmir.    

0
5