Təranə Qumral Nazənindən üzr istəyəcək - MƏHKƏMƏ QƏRARI

Təranə Qumral Nazənindən üzr istəyəcək - MƏHKƏMƏ QƏRARI

Müğənni Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovun Təranə Qumrala qarşı şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Daha dəqiq desək Məhəbbət Həsənov Nərimanov rayon məhkəməsində Təranə Qumrala qarşı qaldırdığı məhkəmə prosesini udub.

Lent.az-ın məlumatına görə, məhkəmənin qərarı ilə Təranə Qumral Məhəbbət Həsənovun və onun həyat yoldaşı Nazənin şərəf və ləyaqətini təhqir etdiyi, böhtan atdığı, işgüzar nüfuzuna xələl gətirdiyi üçün məhkəmənin qərarı ilə maddi təzminat ödəməli eyni zamanda efir vasitəsilə onlardan üzr istəməlidir. Qarşı tərəf isə Apelyasiya Məhkəməsinə, daha sonra Ali məhkəməyə müraciət edib. Lakin Ali Məhkəmə Məhəbbət Həsənovun xeyrinə qərarı qüvvədə saxlayıb.

Məhkəmədə T.Qumralın M.Həsənovu təhqir etməsi sübuta yetirilib. M.Həsənovun vəkili Adəm Məmmədov bildirib ki, məhkəmə prosesi zamanı T.Qumral məsuliyyəti üzərindən atmaq üçün öz “İnstagram” hesabını silibmiş: “Lakin məhkəmədə sübut olundu ki, həmin profil Təranə Qumrala aid olub. O xəbəri yazan jurnalist məhkəmədə şahid kimi dindirildi. Jurnalist bildirdi ki, xəbəri yazmadan öncə Təranə Qumral ilə əlaqə saxlayıb və o, həmin hesabın özünə məxsus olduğunu təsdiqləyib. Ali Məhkəməyə Təranə İbrahimova tərəfindən verilən şikayət qəbul olunmayıb".

0
8