Türkiyə aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib

Türkiyə aeroportlarında təhlükəsizlik tədbirləri  gücləndirilib

Təhlükəsizlik xidmətləri uşaqlara, hamilə qadınlara, əlillərə, ahıl insanlara xüsiusi diqqət yetməlidirlər.

Kamekadze terrorçuların iştirakı ilə törədiləcək terror aktlarına dair təhdidlərin səviyyəsinin yüksək olması səbəbi ilə İstanbul aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Oxu.Az Dogan agentliyinə istinadən xəbər verir ki, İstanbulun Baş təhlükəsizlik idarəsi çərşənbə günü şəhərin bütün aeroportlarına kamekadzelərin iştirakı ilə terror aktlarının törədilmə ehtimalına dair xəbərdarlıq göndərib.

Agentliyin məlumatına görə, Təhlükəsizlik xidmətləri uşaqlara, hamilə qadınlara, əlillərə, ahıl insanlara xüsiusi diqqət yetməlidirlər. Bu qəbildən olan sərnişinlərin daha diqqətlə yoxlanılmasının lazım olduğu vurğulanıb.

0
7