Oğuz rayonuna yol tikintisinə 1.55 milyon manat ayrıldı - SƏRƏNCAM

Oğuz rayonuna yol tikintisinə 1.55 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Oğuzun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,55 milyon  manat ayrılıb.

Bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin edilməsi Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb.

0
8