Oğuz rayonunda yol tikintisinə pul vəsaiti ayrıldı

Oğuz rayonunda yol tikintisinə pul vəsaiti ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,55 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini təmin etmək tapşırılıb.

0
25