İsrail əsgəri fələstinlini güllələdi

İsrail əsgəri fələstinlini güllələdi

İordaniya çayının qərb sahilində arxasınca qaçan İsrail hərbçisinə bıçaq zərbəsi vuran fələstinli cavab atəşi ilə öldürülüb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Avtomobildən daş atan bir qrup fələstinli saxlanılan zaman onlardan biri əsgəri bıçaqla vurub. Həmin əsgər hücum edən şəxsi cavab atəşi ilə öldürüb”, - hərbçilər bildirib.

Hərbçi yaralanıb və xəstəxanaya yerləşdirilib.

0
8