Nabranda iki dost faciəvi şəkildə öldü

Nabranda iki dost faciəvi şəkildə öldü

Nabran çimərliyində iki dost dənizdə boğulub.

Oxu.Az xəbər verir ki, Report-un Şimal bürosunun məlumatına görə, Quba rayon sakinləri dənizdə çimərkən suda batıblar.

Onlardan birinin - Qubra rayonunun Diogahoba kənd sakini, 1982-ci il təvəllüdlü Roman Abdul oğlu Nəcəfovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən çıxarılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə yerləşdirilib.

Hələlik şəxsiyyəti məlum olmayan digərinin axtarışları davam etdirilir.

0
8