Çempionlar Liqası: qrupun son iştirakçıları kim olacaq?

Çempionlar Liqası: qrupun son iştirakçıları kim olacaq?

Bu gün Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, qrupa adlayacaq daha 5 komandanın adına aydınlıq gələcək.

“Styaua” ilə cavab matçını “Mançester Siti” üçün formal hesab etmək olar. Çünki səfərdə 5 cavabsız qolla qalib gələn “şəhərlilər”in ÇL-də yoluna davam edəcəyinə zərrə qədər də şübhə yoxdu.

Həmçinin “Yanq Boyz” üzərində səfər qələbəsi əldə edən Mönhenqladbax “Borussiya”sı da özünü ÇL-in qrupunda hiss edə bilər. Digər 3 cütlükdə isə gərgin oyunlar gözlənilir. Xüsusən də, “Rostov” - “Ayaks” görüşü böyük maraq doğurur.

Bugünkü qarşılaşmalardan sonra iki oyunun nəticəsinə görə qalib gələn komandalar Çempionlar Liqasının qrupuna adlayacaqsa, məğlublar mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.

22:45. APOEL (Kipr) - “Kopenhagen” (Danimarka)

İlk oyun – 0:1

22:45. “Zalsburq” (Avstriya) - “Dinamo” (Xorvatiya)

İlk oyun – 1:1

22:45. “Mançester Siti” (İngiltərə) - “Styaua” (Rumıniya)

İlk oyun – 5:0

22:45. “Rostov” (Rusiya) - “Ayaks” (Hollandiya)

İlk oyun – 1:1

22:45. “Borussiya” (M. Almaniya) - “Yanq Boyz” (İsveçrə)

İlk oyun – 3:1

0
11