"Qalatasaray"ın 4 keçmiş oyunçusu haqda yaxalama qərarı çıxarılıb

"Qalatasaray"ın 4 keçmiş oyunçusu haqda yaxalama qərarı çıxarılıb

Türkiyədə Fətullahçı Terror Təşkilatı ilə əlaqəsi olan  keçmiş futbolçular barəsində saxlanma qərarı seçilib.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, FETÖ ilə bağlı başladılan cinayət işi çərçivəsində həmin təşkilata üzv olmaqda şübhəli bilinən sabiq futbolçular – Hakan Şükür, Arif ƏrdƏm, İsmayil Dəmiriz və Uğur Tütünəkər barəsində saxlanma qərarı çıxarılıb. Onlardan İsmayıl Dəmiriz Böyükçəkmədəki evində saxlanaraq istintaq cəlb edilib.

Digər 3 futbolçunun isə ölkədən qaçdığı bildirilib.

Qeyd edək ki, adıçəkilən futbolçuların hamısı vaxtilə “Qalatasaray” forması geyinib.

0
13