Dünyanın ən iri hava gəmisi qəzaya uğradı

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı

Teleqraf dirəyinə dəyən gəmi yerə düşüb.

Dünyanın ən iri hava gəmisi “Airlander 10” İngiltərədə sınaq uçuşu zamanı qəzaya uğrayıb.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, aparatın yaradıcıları “Hybrid Air Vehicles” şirkətinin məlumatına görə, baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.

Teleqraf dirəyinə dəyən gəmi yerə düşüb. Yerə düşərkən kabinə zədələnib.

Bu aparatın ikinci sınaq uçuşu idi, birinci dəfə o, Londondan 73 km-lik məsafədə yerləşən Kardinqton aerodromundan havaya qalxmışdı.

0
11