Sotomayor: Medalı Azərbaycana həsr edirəm

Sotomayor: Medalı Azərbaycana həsr edirəm

“Olimpiada mənim üçün çox yaxşı keçdi. Mən Braziliyaya qızıl medal üçün getmişdim”.

Oxu.Az xəbər verir ki, bunu Report-a açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan boksçusu Lorenso Sotomayor deyib.

64 kq çəkidə çıxış edən əlcək sahibi finalda özbəkistanlı Fazliddin Qaibnazarova məğlubiyyətindən təəssüfləndiyini bildirib və hakimlərin finaldakı qərarının anlaşılmaz olduğunu söyləyib:

“Təəssüf ki, finalda məğlub oldum və gümüş aldım. Mən bu medalı bütün Azərbaycana həsr edirəm. Finalda yaxşı döyüşürdüm. Özüm də bunu hiss edirdim. Ancaq bilmədim nəyə görə hakimlər qələbəni rəqibə verdilər”.

Qeyd edək ki, Loreso Sotomayor Fazliddin Qaibnazarovla görüşün ilk raundunda rəqibindən üstün olub. İkinci raundda Qaibnazarovu 3 hakimdən 2-si üstün sayıb. Üçüncü raundda isə özbəkistanlı boksçu daha üstün hesab edilib və görüşün qalibi sayılıb.

0
6