Yol Polisi sərxoş sürücüləri cəzalandırdı – FOTO

Yol Polisi sərxoş sürücüləri cəzalandırdı – FOTO

Dövlət Yol Polisi kütləvi reydləri davam etdirir.

DİN Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, növbəti reyd Göygöl rayonunda keçirilib.

Məlumatda qeyd olunub ki, yol polisi əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində, o cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməməsi ilə bağlı mütəmadi olaraq aparılan profilaktiki tədbirlərə baxmayaraq, bəzi şəxslərin hələ də spirtli içki qəbul edərək nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etməsi hallarına rast gəlinir.

Avqust ayının 23-də DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin, Yol-Patrul Xidməti Alayının xüsusi bölüyünün əməkdaşları tərəfindən Göygöl RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ilə birlikdə Göygöl rayonu ərazisində keçirilən reydlər nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 17 nəfər akşar edilərək inzibati məsuliyyətə cəlb olunub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etmələrini, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə etmə hallarına son qoymağı tövsiyə edir.

0
11