Co Bayden Gülənin ekstradisiyasından danışıb

Co Bayden Gülənin ekstradisiyasından danışıb

“Fətullah Gülənin ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək”.

Bu gün Türkiyədə səfərdə olan ABŞ vitse-prezidenti Co Bayden Türkiyə Böyük Millət Məclisində olub.

Haber7-ye istinadən xəbər verir ki, hərbi çevriliş cəhdi zamanı parlamentin bombalanan hissələrini gəzən C.Bayden, gördüklərinin ona ABŞ-dakı 11 sentyabr hadisələrini xatırlatdığını deyib.

C.Bayden Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəmanla görüşdə hazırda ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinə toxunub.

“Kaş Fətullah Gülən başqa ölkədə olaydı. Fətullah Gülənin ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək”.

C.Bayden daha sonra Türkiyə Baş naziri Binəli Yıldırımla görüşüb.

0
12