Azərbaycan “One Caucasus Festivalı”na qatılacaq

Azərbaycan “One Caucasus Festivalı”na qatılacaq

Gürcüstanın Marneul rayonunda ənənəvi Beynəlxalq “One Caucasus Festivalı” keçiriləcək.

Lent.az-ın məlumatına görə, teatr bayramı avqustun 25-28 tarixlərində reallaşacaq. Bu il festival Azərbaycan, ABŞ Almaniya, Gürcüstan, Misir, Hindistan, Kenya, Fransa (Martinika), Nepal, Polşa, Rusiya, Seneqal, Ermənistan, Tibet, Tunis, Ukrayna da daxil olmaqla 15-dən çox ölkədən qonaq qəbul edəcək.

Festivalın əsas məqsədi bütün müxtəlif ölkələrin gəncləri üçün görüş yeri və yaradıcı mühit yaratmaqdır. “One Caucasus” dünyanın dörd bir yanından gələn musiqiçilər, rəssamlar, animatorlar, memarlar və könüllüləri bir araya gətirir. Bundan əlavə, “One Caucasus” qeyri-rəsmi təhsil yolu ilə rayonun yerli əhalisi ilə aktiv işləyir və Marneulda, eləcə də digər bölgələrdə vətəndaş büdcəsinin inkişafını dəstəkləyir.

Bu festivalı xüsusi edən məqamlar yeni yanaşma tərzi, Qafqazdan və xarici ölkələrdən gələn müxtəlif mədəniyyətlərin nümayəndələri olan professional musiqiçiləri birləşdirən yeni və müasir konsepsiyaya malik olması, memarlar, könüllülər və yerli əhali tərəfindən müxtəlif fənlərarası tədbirlər və aktivitələr üçün yaradılan çoxfunksiyalı “One Caucasus” şəhərciyi (“xəyallarımızın ideal olmayan şəhərciyi”), yerli kontekstdə müasir sənətçilər tərəfindən yaradılan vizual sənət proqramı, yeniliyə açıq olmasıdır. Layihənin tərəfdaşları Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi, Marneul Bələdiyyəsi, Varşava şəhəri bələdiyyəsi, ABŞ-ın Gürcüstandakı Səfirliyi, Gürcüstan Fransız İnstitutu, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyidir.

0
19