İranda yaşayış binasında partlayış, ölən var – FOTO

İranda yaşayış binasında partlayış, ölən var – FOTO

İranın Əhvaz şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış olub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı APA-nın Tehran bürosunun müxbiri verib.

Məlumata görə, qaz sızmasından baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.

Partlayış o qədər güclü olub ki, ətraf binalarda mənzillərin şüşələri sınıb.

Hazırda xüsusi itlər vasitəsi ilə dağıntılar altında qalanların axtarışı davam etdirilir.

0
7