Müğənni Prinsin ölüm səbəbi açıqlandı

Müğənni Prinsin ölüm səbəbi açıqlandı

21 apreldə evində meyiti aşkarlanan müğənni Prinsin ölüm səbəbi ilə bağlı araşdırma başa çatıb.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, 57 yaşlı ifaçının ölümünə qəbul etdiyi dərmanın üzərinə yapışdırılan səhv etiket səbəb olub.

Dərmanın üzərində “hidrokodon” (az təsirli opioid) yazılsa da, əslində onun tərkbi “fentanil” (bədəndə morfin təsiri göstərən kimyəvi maddə) olub.

İfaçının nəşi üzərində aparılan ekspertiza zamanı onun bədənində yüksək miqdarda “fentanil” (çox şiddətli və xronik ağrıları sakitləşdirmək üçün istifadə edilən ağrıkəsicidir) aşkarlanıb.

Qeyd edək ki, Prinsin adı rok-n-roll şöhrət Zalına salınıb. Ona ən çox şöhrət qazandıran albom “Purple Rain”dir (1984-cü il). Müğənni “Qremmi”, “Oskar” və “Qızıl Qlobus” laureatıdır.

Prins mahnılarını ritm-end-blüz, fank və rok janrlarında yazırdı. Onun ilk albomu 1978-ci ildə işıq üzü görüb. Müğənni ümumulikdə 20 albom buraxıb.

0
10