İtaliyadakı zəlzələ qurbanlarının arasında azərbaycanlıların olub-olmaması araşdırılır

İtaliyadakı zəlzələ qurbanlarının arasında azərbaycanlıların olub-olmaması araşdırılır

İtaliyada baş verən güclü zəlzələ nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın İtaliyadakı səfirliyi bu məsələni İtaliyanın müvafiq qurumları ilə araşdırır.

Qeyd edək ki, ötən gecə İtaliyanın mərkəzində 6,2 bal gücündə zəlzələ olub. Nəticədə azı 14 nəfər həlak olub, onlarla insan yaralanıb. Bir çox şəhərlərə ciddi ziyan dəyib.

0
9