Türkiyə Güləni ABŞ-dan çevriliş cəhdinə görə istəmir - RƏSMİ

Türkiyə Güləni ABŞ-dan çevriliş cəhdinə görə istəmir - RƏSMİ

ABŞ Xarici İşlər Nazirliyi Türkiyənin Fətullah Gülənin geri qaytarılması üçün rəsmi müraciət etdiyini təsdiqləyib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Türkiyənin Gülənin ekstradisiyası üçün rəsmi müraciət etdiyini deyib. Ancaq onun sözlərinə görə, bu tələb 15 iyulda baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı deyil. "Türkiyənin bu tələblə çıxış etdiyini təsdiqləyə bilərik və tələblərinə də baxmışıq. Rəsmi müraciət Türkiyədə Gülənlə bağlı çıxarılmış həbs qərarı ilə bağlıdır”.

Qeyd edək ki, Gülənin geri qaytarılması üçün ABŞ-dan gələn heyətlə Türkiyədə görüşlər bu gün başladılıb.

0
10