Təhsil Nazirliyi: Bu gün ağır olan dərsliklərin çəkisi deyil

Təhsil Nazirliyi: Bu gün ağır olan dərsliklərin çəkisi deyil

Nazirliyin nümayəndəsi dərs ləvazimatlarının çəkisinə münasibət bildirdi.

Çantanı ağır edən qida və su qabları, ağır və yüngül panellərdir.

Vüsalə Həsənova bu gün jurnalistlər üçün təşkil edilmiş treyninqdə deyib.

Onun sözlərinə görə, birinci sinif Azərbaycan bölməsi üzrə fənlərin sayı 9, dərslərin sayı 5, dərsliklərin ümumi çəkisi 1,34 kq-dır.

“Bir dərsliyin orta hesabla çəkisi isə 0,27 kq-dır. Rus bölməsi üzrə isə müvafiq olaraq 10, 6, 1,47 kq-dır. Bir dərsliyin orta hesabla çəkisi isə 0, 25 kq-dır. Üçüncü sinif Azərbaycan bölməsi üzrə fənlərin sayı 9, dərslərin sayı 8, dərsliklərin ümumi çəkisi 2,07 kq-dır. Rus bölməsi üzrə bu, müvafiq olaraq 10, 9 və 2,34 kq-dır. Həm rus, həm də Azərbaycan bölməsi üzrə bir dərsliyin orta hesabla çəkisi isə 0,26 kq-dır”, - deyə, o, bildirib.

Bundan başqa, nazirliyin rəsmisi onu da qeyd edib ki, 4-cü sinif Azərbaycan bölməsi üzrə dərsliklərin ümumi çəkisi 2,34 kq, rus bölməsi üzrə isə 2,45 kq təşkil edir. 

4-cü sinif həm rus, həm də Azərbaycan dili üzrə bir dərsliyin orta hesabla çəkisi isə 0,29 və 0,27 kq-dır.

V.Həsənova qeyd edib ki, 4-cü sinifdə həm Azərbaycan, həm də rus bölməsi üzrə fənlərin sayı 9 və 10, dərslərin sayı isə 8 və 9-dur.

Dördüncü sinif Azərbaycan və rus bölməsi üzrə dərsliklərin ümumi çəkisi isə müvafiq olaraq 2,34 kq və 2,45 kq təşkil edir.

Həsənova onu da əlavə edib ki, bu gün ağır olan dərsliklərin çəkisi deyil:

“Çantanı ağır edən qida və su qabları, ağır və yüngül panellərdir”, - deyə nazirliyin rəsmisi bildirib.

www.oxu.az

0
20