Azər Qasımov: Prezidentin Cəmiloğlu və Çubarovla görüşü olmayıb

Azər Qasımov: Prezidentin Cəmiloğlu və Çubarovla görüşü olmayıb

“Bunu hər hansı görüş adlandırmaq olmaz”.

Bu gün bəzi media orqanlarında İstanbulda Azərbaycan prezidenti İlham Əliyevin Krım tatarlarının liderləri Mustafa Cəmiloğlu və Refat Çubarovla görüşü ölması barədə məlumat yayıb.

Oxu.Az xəbər verir ki, bu məlumata münasibət bildirən Azərbaycanın Prezidentinin mətbuat katibi Azər Qasımov APA-ya açıqlamasında deyib:

“Bəli, bu gün İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının sessiyasında fasilə zamanı Azərbaycan prezidenti çay içərkən Cəmiloğlu və Çubarov prezidentə yaxınlaşaraq özlərini təqdim ediblər. Beləliklə, bunu hər hansı görüş adlandırmaq olmaz”.

0
12