Düşmən 18 dəfə atəşkəsi pozub

Düşmən 18 dəfə atəşkəsi pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.

Bu barədə məlumat Oxu.Az-a Müdafiə Nazirliyindən verilib.

Məlumatda deyilir ki, İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

0
9