ABŞ Avropaya əlavə 4200 hərbçi göndərmək istəyir

ABŞ Avropaya əlavə 4200 hərbçi göndərmək istəyir

ABŞ Şərqi Avropaya 4200 hərbçidən ibarət əlavə briqada göndərməyə hazırdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Riqaya rəsmi səfər etmiş ABŞ-ın vitse-prezidenti Cozef Bayden deyib.  

Onun sözlərinə görə, briqadanın qərargahı Polşada yerləşdiriləcək. O, həmçinin, qeyd edib ki, NATO qüvvələrinin regionda möhkəmləndirilməsi “soyuq müharibə”nin bitməsindən sonra ən güclü məqamına yetişib.

Ötən həftə ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı general-leytenant Ben Xodjes NATO-nun şərq cinahının möhkəmləndirilməsi məqsədilə ABŞ ordusunun batalyonunun 2017-ci ilin aprel ayında Polşada yerləşdiriləcəyini bildirib.  

0
10