Dağıstanda atışma: iki silahlı məhv edildi

Dağıstanda atışma: iki silahlı məhv edildi

Dağıstanın Şamil rayonunda polis əməkdaşları ilə atışma zamanı iki silahlı şəxs  məhv edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  polisin sənəd təqdim etmək tələbinə silahlılar atəş açıblar, cavab atəşi ilə həmin şəxslər məhv ediliblər.

Öldürülən şəxslərin yerli silahlı dəstənin fəal üzvləri olduğu bildirilir. Onların üzərindən silah-sursat götürülüb.

0
6