Olimpiya yığmamız Vətənə döndü

Olimpiya yığmamız Vətənə döndü

Rio-de-Janeyro Olimpiadasında uğurla çıxış edən Azərbaycan yığması Vətənə dönüb. Apasport.az saytının məlumatına görə, nümayəndə heyətimizi gətirən təyyarə bir qədər əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Medal sayında ölkəmizin yeni rekorduna imza atan olimpiyaçılarımız qəhrəman kimi qarşılanıblar. Belə ki, hava limanına gələn yüzlərlə insanın əllərində mükafatçılarımızın şəkilləri, onlarla bağlı şüarlar olub. Bu gün Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü olduğundan, qarşılanma zamanı şən musiqilər səsləndirilməyib, yalnız hərbi musiqilər ifa edilib.

Olimpiyaçılarımız gül çələnglərinin əhatəsinə düşdükdən sonra onlar üçün ayrılan xüsusi avtobusa minərək, Heydər Əliyevin abidəsini ziyarət ediblər. İdmançılar burada abidə önünə əklil qoyaraq, mərhum prezidentə ehtiram bildiriblər. Ardından nümayəndə heyətimiz və digər medal qazanan idmançılarımız abidə önünə gül dəstələri düzüb və xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, olimpiyaçılarımız Londonda 18 medal qazanıblar. Bunlar 1 qızıl, 7 gümüş və 10 bürünc mükafat olub.

0
9