Sabah üç rayonda təbii qaz olmayacaq

Sabah üç rayonda təbii qaz olmayacaq

Sabah Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, avqustun 24-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar”, Astara Magistral qaz kəmərləri sahəsinin “RVO” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Ağsu rayonun Padar və Nəmirli, Lənkəran rayonun Rvo, Narbağı və Qrumba, Lerik rayonun Piran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

0
6