Ərdoğan: BMT Təhlükəsizlik Şurasında niyə müsəlman ölkəsi yoxdur?

Ərdoğan: BMT Təhlükəsizlik Şurasında niyə müsəlman ölkəsi yoxdur?

“Dünya artıq Birinci Dünya müharibəsi dövründə olduğu kimi deyil”.

Qərarların qəbul edilməsi və həyata keçirilməsi qlobal mexanizmdə iştirak məsələsində ədalətsizlikdə müsəlmanların narahatçılıqlarına səbəb olaraq qalır. Məsələn, BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü arasında, planetimizin əhalisinin dörddə bir hissəsini təşkil edən müsəlmanların heç olmasa bir dənə nümayəndəsi varmı? Xeyr. 

BMT TŞ-in beş üzvündən biri veto hüququndan istifadə etdiyi halda, məsələ qəbul edilmir. Mən yenidən bəyan edirəm ki, bizim dünya beşdən artıqdır. Dünya artıq Birinci Dünya müharibəsi dövründə olduğu kimi deyil.

Şərtlər dəyişib. Əgər belədirsə, BMT-nin TŞ reformasiya etmək lazımdır. Əgər biz ədalətli dünya istəyiriksə, o zaman islahatları gözləmək – bizim haqqımızdır. 

Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, ədalətsizlik prinsiplərinə əsaslanan sistem qlobal ədalətin təminatına öz töhfəsini verə bilməz. 

“Biz əyani olaraq bunu görürük və bunu qarşılaşdığımız bütün problemlərdə görəcəyik. Mən,  dünyasının əhalisinin coğrafi və dini yerləşməsini nəzərə alaraq, növbəti dəfə BMT-yə ünvanladığım çağırışımı təkrarlayıram”, - Ərdoğan bəyan edib. 

0
25