Naxçıvanda saxlanılan erməni qarşı tərəfə qaytarılıb

Naxçıvanda saxlanılan erməni qarşı tərəfə qaytarılıb

Avqustun 7-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanmış Ermənistan vətəndaşı bu gün qarşı tərəfə qaytarılıb.

Bu barədə Oxu.Az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən xəbər verir.

Məlumata görə, 7 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç 23 avqust 2016-cı il tarixdə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.

0
6