Rusiya idmançılarını Rioda keçirilən Paralimpiadadan kənarlaşdırıblar

Rusiya idmançılarını Rioda keçirilən Paralimpiadadan kənarlaşdırıblar

İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı idmançıları Rio-de-Janeyroda sentyabrın 7-dən 18-nə qədər keçiriləcək “Paralimpiada-2016”-ya buraxmayıb.

Oxu.Az xəbər verir ki, arbitraj Beynəlxalq Paralimpiada Komitəsinin (İPС) rusiyalı atletlərin oyunlardan kənarlaşdırılması qərarına dair Rusiyanın şikayətini təmin etməyib.

“CAS Komissiyası belə bir nəticəyə gəlib ki, İPC Rusiyanın Paralimpiya Komitəsinə dair qərarı qəbul edərkən heç bir prosedur qaydalarını pozmayıb, qərar İPC qaydalarına müvafiq və şəraitə uyğun olaraq qəbul edilib.

Həmçinin komissiya qeyd edib ki, Rusiya Paralimpiada Komitəsi İPC-nin qərarının qəbul edilməsinə əsas olan faktları təkzib edən dəlillər təqdim etməyib”, - CAS-ın press-relizində deyilir.

0
14