Azərbaycanda tutulan narkodiller terrorçu çıxdı

Azərbaycanda tutulan narkodiller terrorçu çıxdı

Azərbaycanda 141 kq heroinlə saxlanılan Tacikistan vətəndaşı ölkəsində qadağan olunmuş İslam Dirçəliş Partiyasının üzvüdür.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Tacikistan DİN-in mətbuat xidmətinin nümayəndəsinə istinadən xəbər verir.

Məlumata görə, Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısını alıblar.

Gömrükçülər tərəfindən İrandan gələn Tacikistan vətəndaşı, 1985-ci il təvəllüdlü M.İsmoilovun idarə etdiyi “DAF” markalı, GP 6925 dövlət nömrə nişanlı ağır tonajlı yük maşını saxlanılıb.

“Mahmudjon İsmoilov 3 ay öncə İrana köçüb və orada beynəlxalq avtomobil şirkətlərindən birinə işə düzəlib. İranda aldığı narkotik vasitəni Azərbaycana aparmaq və 3 milyon dollara satmaq istəyib. Azərbaycanda 141 kq heroinlə saxlanılan Tacikistan vətəndaşı ölkəsində qadağan olunmuş İslam Dirçəliş Partiyasının üzvüdür”, - agentliyin həmsöhbəti bildirib.

E.Ə.

0
9