® İki ən yaxşı tələbə jurnalist təhsilini Londonda davam edəcək

® İki ən yaxşı tələbə jurnalist təhsilini Londonda davam edəcək


imtahanlarda yüksək nəticələr göstərən 2 jurnalist tələbə müəyyən olunacaq və onlar Böyük Britaniyada ingilis dilininin təkmilləşdirilməsi kursuna göndəriləcəklər.

Qeyd edək ki, sözügedən layihə zamanı 6 ay ərzində mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. 60 jurnalistin qatıldığı kursların uğurlu tədrisi sayəsində onlar ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin ingilis dilini öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Məlumat üçün bildirək ki, “Azercell” şirkəti jurnalistlər üçün xarici dil kurslarını artıq 6 ildir ki təşkil edir. Bü günə kimi 200-dən çox KİV nümayəndəsi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Bununla da KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə “Azercell” şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olur.

“Azercell” şirkətinin təşkil etdiyi İngilis dili kurslarına növbəti qeydiyyat barədə mətbuat nümayəndələrinə əlavə məlumat veriləcək.





Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

 
0
17