“Əli və Nino” filmi tezliklə kinoteatrda nümayiş olunacaq

“Əli və Nino” filmi tezliklə kinoteatrda nümayiş olunacaq

Film Məhəmməd Əsəd bəyin (Qurban Səid) “Əli və Nino” romanı əsasında çəkilib.

Səbirsizliklə gözlənilən “Əli və Nino” filminin yaxın vaxtlarda nümayişinə başlanılacaq.

Oxu.Az xəbər verir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəsmi sosial şəbəkə səhifəsində filmin tezliklə kinoteatrda nümayiş olunacağı məlumatı yer alıb.

Qeyd edək ki, film Məhəmməd Əsəd bəyin (Qurban Səid) “Əli və Nino” romanı əsasında çəkilib.

Film müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edir.

Filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi Kristofer Hempton, rejissoru isə Asif Kapadiyadır.

0
12