Siyavuş Novruzov: Azərbaycanda mövcud şərait insanları qane edir

Siyavuş Novruzov: Azərbaycanda mövcud şərait insanları qane edir

“Azərbaycanda mövcud şərait insanları qane edir. Ona görə kütləvi etiraz aksiyalarının keçirilməsinə ehtiyac yoxdur”.

Oxu.Az xəbər verir ki, bunu Report-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, referendumdan sonra etiraz aksiyalarının olacağını iddia edənlər proqnozlarında yanılırlar:

“Hər bir təşkilat “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə uyğun aksiya keçirə bilər. Lakin müxalifətin sosial bazası olmadığı üçün aksiya keçirə bilmirlər. Yəni, ölkədəki radikal müxalifətin heç bir gücü yoxdur. Onlar, sadəcə nağıl danışırlar”.

Qeyd edək ki, Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) sentyabrın 26-da keçiriləcək.

0
6