Gələcək çempion Olimpiadadan öncə yer şumlayıb – VİDEO

Gələcək çempion Olimpiadadan öncə yer şumlayıb – VİDEO

Rioda keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanan dağıstanlı güləşçi Abdulrəşid Sədullayev yarışlara hazırlaşarkən kotanla yer şumlayıb.

Oxu.Az xəbər verir ki, Amerika KİV-nin “Rus tankı” adlandırdıqları güləşçi öz “Facebook” səhifəsində gələcək Olimpiya çempionunun Dağıstan dağlarında kotanla yer şumladığı əks olunan video yerləşdirib.

Olimpiya çempionunun qardaşı Ənvər Sədullayevin sözlərinə görə, babası hər il yayın əvvəlində nəvələrini ata qoşulmuş kotanla yeri şumlamağa məcbur edir. Sonradan isə baba həmin ərazidə kartof əkir.

Qeyd edək ki, Dağıstanın rəhbəri Ramzan Abdulatipov Sədullayevə vətənə qayıtdıqdan sonra ahaltəkə cinsindən olan at bağışlamağı planlaşdırır.

0
11