Azərbaycan “FETÖ”çuları Türkiyədə axtaracaq

Azərbaycan “FETÖ”çuları Türkiyədə axtaracaq

Bununla bağlı Baş Prokurorluq, DİN və DTX vəsatət qaldırıb.

Azərbaycanda fəaliyyət göstərən “gülənçilər”lə bağlı Türkiyə ərazisində istintaq hərəkətlərinin həyata keçirilməsi üçün həmin ölkənin Baş prokuroru qarşısında vəsatət qaldırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, məqsəd “Hizmət hərəkatı”nın Azərbaycanda fəaliyyət göstərən mənsublarının xarici ölkələrdə, o cümlədən Türkiyədə olan tərəfdaşları ilə əlaqələrinin, maliyyələşmə mənbələrinin, üsullarının və digər xüsusatların müəyyənləşdirilməsidir.

Məlumatda vəsatətin Avropa Konvensiyasının tələblərinə müvafiq olaraq qaldırıldığı da bildirilir.

0
16