Netanyahu: Azərbaycan dost ölkələr sırasındadır

Netanyahu: Azərbaycan dost ölkələr sırasındadır

Bu versiya üzrə düşmən olan beş ölkə var – İran, Suriya, İraq, Əfqanıstan və KXDR.

İsrailin baş naziri Binyamin Netanyahunun parlamentin Dövlət nəzarəti üzrə komissiyasının iclasında təqdim etdiyi xarici siyasi əlaqələr xəritəsi Misir KİV-in diqqətini çəkib.

Oxu.Az News.ru-ya istinadən xəbər verir ki, dünya xəritəsində ölkələr dörd rəngə boyanıb. Göy rəngədəki dövlətlər İsrailin yaxşı münasibədə olduğu, qırmızı rəngədə olanlar münasibətlərin yaxşılaşdığı, qara rəngə isə düşmən olduğu dövlətlər boyanıb. Qalan dövlətlər isə yaşıl rəngə boyanıb.

Qeyd etmək lazıdmır ki, münasibətlərin yaxşılaşdığı ölkələr sırasında Rusiya, Azərbaycan, Çin, Hindistan, Türkiyə, Argentina, Paraqvay, Kolumbiya, Efiopiya, Ruanda, Uqanda, Keniya (Netanyahu bu yaxınlarda səfər edib) və bir sıra ölkələr yer alır.

Bu versiya üzrə düşmən olan beş ölkə var – İran, Suriya, İraq, Əfqanıstan və KXDR.

0
14