Azərbaycanda avtomobil qəzalarında 5 nəfər ölüb

Azərbaycanda avtomobil qəzalarında 5 nəfər ölüb

Ölənlərdən 4-ü yolu keçən piyadalar olub.

Azərbaycanda bir gündə baş verən avtomobil qəzalarında 5 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlikdən bildirilib ki, avqustun 22-də ölkənin avtomobil yollarında 5 yol–nəqliyyat hadisəsi baş verib.

Həmin hadisələr nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ölənlərdən 4-ü yolu keçən piyadalar olub.

0
9