Azərbaycanlı müğənni xəyanətə görə boşanır

Azərbaycanlı müğənni xəyanətə görə boşanır

Müğənni Lətifə Soyuöz ilə həyat yoldaşı arasında soyuq küləklər əsir.

Oxu.Az-ın Qafqazinfo-ya istinadla məlumata görə, Deniz Soyuöz adlı türkiyəli iş adamı ilə ailə quran ifaçı bir müddətdir ki, onunla münasibətlərinə son qoyub.

Münasibətin korlanmasına isə xəyanətin səbəb olduğu iddia edilib. Deniz Soyuöz müğənniyə bir neçə dəfə xəyanət edib.

Artıq Lətifə Soyuöz məhkəməyə müraciət edib, boşanmaq barədə qəti qərara gəlib.

Xatırladaq ki, cütlüyün 2014-cü ilin dekabr ayında Arif adlı oğulları dünyaya gəlib.

0
13