“Qoşa Təpə” postunda əməliyyat: Saxlanan var

“Qoşa Təpə” postunda  əməliyyat: Saxlanan var

Araşdırma aparılır.

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən əməliyyat məlumatı əsasında “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, onun üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. 

Yoxlama zamanı həmin şəxsin üzərindən, sağ ayağındakı corabın içəri topuq hissəsindən gömrük nəzarətindən gizlədilən, bir ədəd bükümdə xalis çəkisi  2,55 qram olan narkotik vasitə - tiryək  aşkar  olunaraq  götürülüb.

Faktla bağlı araşdırma aparılır.

0
23