Məşhur aktyorun ölüm xəbəri təkzib olundu

Məşhur aktyorun ölüm xəbəri təkzib olundu

Ölüm xəbəri yayılan məşhur türkiyəli aktyorun sağ olduğu məlum olub.

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, İstanbulun Kadıköy rayonunda motosiklet qəzasına düşən aktyor İstafil Köşənin öldüyü bildirilmişdi. İ.Köşəyə yaxın olan aktyor Çetin Altay xəbəri təkzib edib.

O, bildirib ki, İ.Köşə hazırda Haydarpaşa Nümunə Xəstəxanasının reanimasiya şöbəsində aparatlara bağlı olaraq yaşayır, vəziyyəti ağırdır: “Kəllə sümüyündə çox sayda qırıq var. Aparatlardan ayrılsa 1-2 dəqiqədən artıq yaşaya bilməz. Müalicəyə reaksiya verməyini gözləyirik”.

0
13